Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Ramin Quliyevin komandası yerli "Telavi” ilə üz-üzə gəlib.
Oyun Gürcüstan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bakılıların yeganə qolunu Abdulla Xaybulayev vurub.
"Sabah” bundan əvvəl Gürcüstan toplanışında "Şukura”nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda "Samqurali”yə eyni hesabla uduzub.