"Sabah" Gürcüstan klubunu yendi

"Sabah" Gürcüstan klubunu yendi
Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən "Sabah” bu gün Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. 
Fanat.Az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli "Şukura” ilə üz-üzə gəlib.
Kobuleti təmsilçisi ilə görüş "Zestafoni” təlim-məşq bazasında baş tutub. "Sabah” bu oyundan minimal hesabla qalib ayrılıb.
"Sabah” iyulun 23-də "Samqurali”, ayın 28-də isə "Saburtalo” ilə də sınaq matçına çıxacaq.
Yoxlama oyunu
20 iyul
Sabah – Şukura 1:0
Qol: Xulio Rodriqes, 67.
"Zestafoni” təlim-məşq bazası.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər