"Sabah" gürcü hücumçu transfer etdi

"Sabah" gürcü hücumçu transfer etdi
Növbəti mövsümə hazırlıqları davam etdirən "Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib. 
Fanat.Az xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Erqemlidze bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Gürcüstan toplanışında "Sabah"ın düşərgəsində baxışda olan Erqemlidze "Dinamo”nun (Tbilisi) yetirməsidir. Karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın "Çixura”, "Qaqra” və Türkiyənin "Adana Demirspor” klublarında çıxış edib.
 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər