“Sabah”ın futbol akademiyası aşağı yaş qruplarına futbolçu seçimlərini elan edir.
Fanat.Az xəbər verir ki, sentyabrın 10-da, 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək seçimlər aşağıdakı vaxt aralığında təşkil olunacaq: 2008-2009-cu il təvəllüdlü futbolçular üçün saat 16:00-da; 2006-2007-ci il təvəllüdlü futbolçular üçün saat 17:00-da; 2005-ci il təvəllüdlü futbolçular üçün saat 18:00-da; İştirak etmək üçün ☎️+994555838590 nömrəsi ilə əlaqə saxlayıb, qeydiyyatdan keçmək lazımdır. Seçimlərin keçiriləcəyi ünvan: Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Bazası (“Neftçi”nin keçmiş bazası, Azadlıq prospekti 128 ) Ünvan xəritədə: //goo.gl/maps/uWR27WAZT6FAozyy9 İştirakçılar seçimlərə gələrkən özləri ilə şəhadətmə və ya şəxsiyyət vəsiqəsinin surətini gətirməlidirlər.