“Sabah” "Əl-Əyn"lə olan müqaviləni TMS sistemindən keçirib? - Açıqlama

“Sabah” "Əl-Əyn"lə olan müqaviləni TMS sistemindən keçirib? - Açıqlama

"Sabah” klubu və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Əyn” arasında Bəhlul Mustafazadənin transferi ətrafında gözlənilən FİFA çəkişməsi ilə bağlı tanınmış vəkil Fərid Haqverdiyev saytımıza açıqlama verib. İSLA İdman Hüquqşünasları Assosiasiyasının üzvü qeyd edib ki, müqavilə TMS (Transfer Matching System) sistemi üzərindən edilibsə, beynəlxalq futbol qurumunun lehimizə qərar verməsi mümkünlüyü artır. Maraqlıdır, "Sabah” BƏƏ klubu ilə müqaviləni yazılı formada və qeyd edilən sistem üzərindən həyata keçiribmi? Fanat.Az bununla bağlı Masazır klubuna sorğu göndərib. "Sabah”ın mətbuat xidmətindən aldığımız cavabı diqqətinizə çatdırırq: "Bəyanatda qeyd etdiyimiz kimi, tərəflər arasında müqavilə bağlanmışdı. Qarşı tərəf müqavilənin ləğv edilməsi barədə 18 gün sonra məlumat verib. Məsələ ilə bağlı FİFA-ya şikayət ediləcək. Müqavilənin detalları barədə ətraflı məlumat verə bilmərik. Bu istiqamətdə hər hansı qərar qəbul olunduqda, ictimaiyyətə məlumat veriləcək”. Qeyd edək ki, "Əl-Əyn” FK-dan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi haqda məktub alan "Sabah” qarşı tərəfə maliyyə və intizam cəzaları tələbi ilə FİFA-ya müraciət etməyə hazırlaşdığını bəyan edib. Bəhlul da ayrıca olaraq, məsələ ilə bağlı beynəlxalq futbol qurumuna şikayət ünvanlayacağını bildirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər