“Sabah” klubu futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Xorvatiyalı oyunçu 2021-ci ilin avqustundan "Sabah"da çıxış edib.
Qeyd edək ki, klub daha əvvəl Slavik Alxasovla da vidalaşıb.