"Sabah" cərimələndi, futbolçusuna bir oyunluq cəza verildi

"Sabah" cərimələndi, futbolçusuna bir oyunluq cəza verildi

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Mikels Coy-Lensə bir oyunluq cəza verib.

Fanat.Az-ın məlumatına görə, buna 28 yaşlı yarımmüdafiəçinin "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın I tur matçında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

Komitə paytaxt təmsilçisini isə 200 manat məbləğində cərimələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər