"Sabah" bu gün nə etdi?

"Sabah" bu gün nə etdi?
Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan "Sabah” növbəti mövsüm üçün hazırlığını davam etdirir. 
Fanat.Az xəbər verir ki, komanda bu gün axşam saatlarında növbəti məşqinə çıxıb.
 
"Zestafoni” təlim-məşq bazasında keçirilən məşqdə futbolçular topla müxtəlif təmrinləri yerinə yetirib, taktiki planda hazırlıq keçiblər.
 
Qeyd edək ki, sabah komanda Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. "Ağ-göylər” yerli "Şukura”nı (Kobuleti) sınağa çəkəcək. Görüş "Zestafoni” təlim-məşq bazasında baş tutacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər