Azərbaycan Premyer Liqasının qalan bölümünə Antalyada hazırlaşan "Sabah"ın baş məşqçisi Murad Musayev baxışa yeni futbolçu dəvət edib.
Fanat.Az xəbər verir ki, bu, 22 yaşlı sağ cinah müdafiəçisi Nikolay Boçkodur.
Boçko Musayev üçün tanış simadır. Belə ki, sözügedən mütəxəssis Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi olduğu dönəmdə Nikolay bu klubun ikinci komandasında çıxış edib.
Bu gün keçirilən son yoxlama oyununda - Sebiya "Mladost"u ilə matçda (1:1) start heyətdə yer alan Boçkonun çıxışı rusiyalı çalışdırıcını qane edəcəyi halda, onunla müqavilə imzalanacaq.