"Sabah” FK BƏƏ-nin "Əl-Əyn” FK-dan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun "Sabah”la müqaviləsi artıq qüvvədən düşmüş hesab edilirdi.
"Sabah" klubu məsələ ilə bağlı "Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir.