"Sabah" 3 futbolçusu ilə yolları ayırdı - RƏSMİ

"Sabah" 3 futbolçusu ilə yolları ayırdı - RƏSMİ
"Sabah” rəhbərliyi müqavilə müddəti bitən üç futbolçu ilə yollarını ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Alvaro Vilyete, müdafiəçi Məhəmməd Mirzəbəyov və hücumçu Amadu Diallodur. Oyunçuların hər birinə xidmətləri qarşılığında təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov və Amadu Diallo 2019-cu ilin iyunundan "Sabah" formasını geyinirdi. Alvaro Vilyete isə 2020-ci ilin sentyabrında Kolumbiyanın "Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər