İngiltərənin "Vulverhempton" klubunun qapıçısı Ruy Patrisiu "Roma"ya keçib.
Fanat.Az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin qolkiperi müddəti 2024-cü ilin 30 iyun tarixində başa çatacaq müqaviləyə imza atıb.
Patrisiu klubun saytına ilkin təəssüratlarını da bölüşüb:
"Bu, əla klubdur. Şadam ki, komandanın hədəflərinə çatmasına kömək edə biləcəm. Joze Mourinyu dünyanın ən böyük məşqçilərindən biridir. Onunla çalışmağa başlayacağım günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Patrisiu "Vulverhempton"a 2018-ci ildə, 12 il formasını geyindiyi "Sportinq"dən gəlmişdi. 2010-cu ildən Portuqaliya yığmasına dəvət alan Ruy Avropa çempionu (2016) və UEFA Millətlər Liqasının (2019) qalibidir.
Nihat