Ruslan Poladov "Sumqayıt"da qaladı

Ruslan Poladov "Sumqayıt"da qaladı

Ruslan Poladovun "Sumqayıt"dan ayrıla biləcəyi ilə bağlı məlumat vermişdik. Sportnet.az saytına istinadən yaydığımız xəbərdə bildirilirdi ki, təxminən bir ay əvvəl gənclik şəhəri təmsilçisi ilə müqavilə bağlayan təcrübəli futbolçunun "Simurq"a dönəcəyi bildirilirdi.

Lakin Ruslan yenidən qərarını dəyişib. "Simurq"la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq Poladov bu səbəbdən "Sumqayıt"la ilkin müqavilə imzalayıb. İyulun 1-də isə anlaşma rəsmiləşməli imiş. Dünən “Simurq” rəhbərliyi ilə görüşən Ruslan klubla vidalaşıb. Belədə onun "Sumqayıt"la müqavilə bağlaması üçün heç bir problem qalmayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər