Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi

Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edən Rusiya təmsilçiləri bu gün paytaxtımıza təşrif buyuracaqlar. 

anspress-in məlumatına görə, bu barədə TACC agentliyinə Rusiya Olimpiya Komitəsinin mətbuat xidmətindən verilib. 

"Oyunlarda iştirak edəcək ilk rusiyalı idmançılar bu gün saat 15:20-də Bakıya uçacaqlar. Bu qrupa su polosu, veloybolçular, triatlon, dağ velosipedçiləri, eləcə də gimnastika üzrə Rusiya yığması daxildir". 

Bakıya gələnlər arasında həmçinin Olimpiya çempionu gimnast Aliya Mustafina da olacaq. 

I Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olacaq. Oyunlar iyunun 28-dək davam edəcək. 253 dəst medal uğrunda 20 idman növündə 6 min idmançı mübarizə aparacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər