Rusiya öz "Çempionlar Liqası"nı yaradır

Rusiya öz "Çempionlar Liqası"nı yaradır

Rusiya Futbol İttifaqının rəhbərliyi Çempionlar Liqası formatında yeni çempionat yaratmağı planlaşdırır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sportekspress" məlumat yayıb.

Cari mövsümün sonunda yüksək liqada 16 klub qalacağı təqdirdə yeni turnir 2022/2023 mövsümündən etibarən start götürəcək.

Layihəyə əsasən, komandalar 2021/2022-ci illər mövsümündə tutduqları yerə uyğun olaraq səbətlərə, daha sonra isə birinci mərhələdə püşkatma nəticəsində dörd qrupa bölünəcəklər.

Turnirin görüşlərinin Çempionlar Liqası və Avropa Liqası oyunları ilə eyni günlərdə keçirilməsi nəzərdə tutulur.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər