"Fənərbağça"nın müdafiəçisi Attila Salai karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az tanınmış insayder Yağız Sabunçuoğlunun məlumatına istinadən xəbər verir ki, Macarıstan millisinin üzvünün xidmətində "Zenit" maraqlıdır.
Xəbərə görə, Sankt-Peterburq təmsilçisi artıq İstanbul klubuna 20 milyon avroluq təklif də göndərib. Mənbə Attilanın özünün Rusiyada oynamaq variantına isti yanaşmadığını və bu üzdən keçidin reallaşmaq ehtimalının çox az olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən ildən "Fənərbağça"da çıxış edən Salainin klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Nihat