"Fənərbağça"nın yarımmüdafiəçisi Dimitris Pelkas karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Talha Asrlan məlumat yayıb.
Xəbərə görə, 27 yaşlı yunan futbolçuya "Krasnodar" "elçi" düşüb. Daha öncə Pelkas ilə Rusiyanın "Rubin" klubunun maraqlandığı haqda da iddialar yayılmışdı.
Qeyd edək ki, Dimitris Pelkas "Fənərbağça"ya 2020-ci ildə PAOK-dan keçib. O, son mövsüm Super Liqada 32 oyunda meydana çıxıb və 7 qola imza atıb.
Aygün