Rus futbolçu İstanbul nəhənginə keçir - Türkiyəyə uçdu

Rus futbolçu İstanbul nəhənginə keçir - Türkiyəyə uçdu

Rusiya millisinin müdafiəçisi Fyodor Kudryaşov karyerasını "Fənərbaxça”da davam etdirəcək.

 

Fanat.Az xəbər verir ki, bu barədə sport24.ru məlumat yayıb. Mənbə futbolçunun "Rubin”dən ayrılaraq azad agent qismində bu gün Türkiyəyə yollandığını vurğulayıb.

 

Tərəflərin bu günlərdə müqavilə imzalaması gözlənilir. Xəbərdə İstanbul klubunun arxa xətt oyunçusu ilə mövsümün sonuna qədər anlaşacağı, yayda sözləşmənin daha 1 illiyə uzadılmasını planlaşdıracağı da qabardılıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər