"Yeganə kuboku Azərbaycanda qazanmışam. Bunu baş məşqçi Mirça Redniklə birlikdə əldə etdik".
Fanat.Az xəbər verir ki, bu sözləri Rumıniyanın "Politexnika" klubunda çıxış edən "Xəzər Lənkəran"ın sabiq futbolçusu Kosmin Frasinesku deyib.
Prosport.ro saytına açıqlama verən 35 yaşlı müdafiəçi iddialı komandalarda oynamadığı üçün kuboklar qazana bilmədiyini bildirib. Frasinesku karyerası ərzində çətin anlar yaşadığını, hazırda da çətin dönəmdən keçdiklərini vurğulayıb: "Liqada 400 oyunda iştirak etmək mənim üçün çox şey deməkdir. Xal toplamağa başlasaq və çempionatın sonunda liqada qalsaq, xoşbəxt olardım. Növbəti matçlarda özümüzü sübut etməliyik".
Qeyd edək ki, Kosmin Frasinesku 2011-ci ildə icarə əsasında "Xəzər Lənkəran"da çıxış edib. Lənkəran təmsilçisi həmin vaxt Azərbaycan Kubokunun qalibi olub. "Politexnika" hazırda Rumıniya çempionatında sonuncu pillədə qərarlaşıb.
Fanat.Az