Ruis Bakıya gəlir, "Neftçi" təkzib edir

Ruis Bakıya gəlir, "Neftçi" təkzib edir
"Neftçi"yə transfer olunacağını açıqlayan Luis Karlos Ruis gələn həftənin ilk günündə Bakıya gələcək. Fanat.az xəbər verir ki, bu barədə kolumbiyalı forvad özü açıqlama verib.
O, gələn həftə Bakıya gələrək "ağ-qaralar"ın toplanışına qatılacağını açıqlayıb. Lakin "Neftçi" rəhbərliyi yenə xəbəri təkzib edib.
Qeyd edək ki, o, bir neçə gün öncə belə bir xəbər də yaymışdı: "Bakı "Neftçi"si mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam". 
Onu da qeyd edək ki, 26 yaşlı forvard karyerasına Kolumbiyanın "Barranquilla" (32 oyun, 18 qol) klubunda başlayıb. 2008-ci ildə "Junior"a keçən Ruis 197 matçda 35 dəfə fərqlənib. "Transfekrmarkt" saytı ona 800 min avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər