Ruan Renato söz verdi: "İrəli, "Qəbələ!"

Ruan Renato söz verdi: "İrəli, "Qəbələ!"

"Qəbələ"nin müdafiəçisi Ruan Renato "Instagram" hesabında yeni mövsümlə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, braziliyalı arxa xətt oyunçusu duyğularını beləbölüşüb: 

"Yeni mövsüm başlayır. Azərbaycan futbolunda özünəməxsus ənənəsi olan klubun bu formasını daha bir il geyinəcəyim üçün çox xoşbəxt və motivasiyalıyam.

Böyük məsuliyyətin, mübarizənin, əzmin və əməyin əskik olmayacağına söz verirəm. Daha bir möhtəşəm mövsüm üçün irəli, "Qəbələ".

Qeyd edək ki, mövsümü 4-cü pillədə başa vuran "Qəbələ" Konfrans Liqasında mübarizə aparacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər