Ronaldunun "Roma"ya keçəcəyi tarix bəlli oldu

Ronaldunun "Roma"ya keçəcəyi tarix bəlli oldu

“Roma”nın və “Yuventus”un sabiq yarımmüdafiəçisi Anjelo Di Livio bildirib ki, romalılar “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldonu transfer edəcəklər.

Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" 55 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Məndə bir neçə mənbədən “Roma”nın Kriştianu Ronaldunu heyətinə qatacağı ilə bağlı məlumat var. “Canavarlar” həqiqətən, onunla müqavilə bağlamağa çalışır. İyulun 7-də “Roma” səs-küylü transferi elan edəcək.

Bir sıra keçmiş oyunçular da bu barədə danışır. Üstəlik, televiziyada işləyən yaxın dostumla əlaqə saxladım. O, Kriştianu ilə danışıq apardıqlarını klubun direktorundan öyrənib”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər