"Roma"nın baş məşqçisi Joze Mourinyu "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun İtaliya çempionatına qaytarmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Xəbərə görə, portuqaliyalı mütəxəssis həmyerlisi olan ulduz futbolçunu öz klubunda görmək istəyir. "Roma" da Mourinyunun bu fikrini dəstəkləyir.
Qeyd edək ki, forvardın klubu "Mançester Yunayted" ilə carı müqaviləsi 2 mövsümlük qüvvədədir.
Xatırladaq ki, Ronaldu daha öncə A Seriyası təmsilçisi "Yuventus"da çıxış edib.