“Roma”nın yeni çalışdırıcısı Paredesi tənqid etdi: "Bu, əsl axmaqlıqdır"

“Roma”nın yeni çalışdırıcısı Paredesi tənqid etdi: "Bu, əsl axmaqlıqdır"

“Roma”nın yeni baş məşqçisi Daniele de Rusiya A Seriyasının 23-cü turunda “Kalyari” ilə oyunda (4:0) sarı vərəqə alan Leandro Paredesi tənqid edib.

Fanat.Az xəbər verir ki, "Football-Italia" onun dediklərini belə çatdırıb.

“Komanda yoldaşları bir-birini qoruyanda mən həmişə dəstəkləyirəm. Amma hesab 4:0 olanda bir az ağıllı olmaq lazımdır. Bu cür davranışlara görə lazımsız xəbərdarlıqlar almamalısınız. Bu, əsl axmaqlıqdır”.

Bu qələbədən sonra "Roma" xal ehtiyatını 38-ə çatdırıb. Paytaxt klubu A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər