"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlandı

"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paulu Fonseka İtaliya klubunun sükanı arxasına keçib. Portuqaliyalı mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb. 
Mozambik əsilli baş məşqçi ötən 3 mövsüm ərzində Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına rəhbərlik edib. O, 3 dəfə ölkə çempionu və 3 dəfə kubokun, 1 dəfə Superkubokun sahibi olub. Əvvəllər isə Fonseka Portuqaliyanın "Portu", "Pasuş de Ferreyra" və "Braqa" klublarında çalışıb.  
Qeyd edək ki, 46 yaşlı Paulu Fonseka "Roma"nın baş məşqçisi vəzifəsində Klaudio Ranyerini əvəzləyib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər