"Roma"nın sabiq müdafiəçisi Konstantinos Manolas karyerasını yenidən A Seriyasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 32 yaşlı yunan "Salernitana" ilə razılığa gəlib. Mənbə Manolasın müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atacağını vurğulayıb.
2014-2019-cu illər aralığında "canavarlar"ın uğurları üçün çalışan Manolasın son iş yeri "Şarca" klubu olub. O, Birləşmiş Ərəb Əmirlikləri təmsilçisindən ötən ay ayrılıb.