A seriyasının 3-cü turunun matçında "Milan"a məğlubiyyət (1:2) "Roma"nın düşərgəsində ab-havanı korlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Radio Radio" yayıb.
Mənbənin məlumatına görə, üç turda aktivində cəmi bir xal olan və 18-ci yerdə qərarlaşan "Roma"nın baş məşqçisi Joze Mourinyu ilə futbolçular arasında "Milan"la matçdan sonra gərgin toplantı olub. Komandanın üzvləri portuqaliyalı mütəxəssisə "taktiki ideyaların olmaması" ilə bağlı şikayət ediblər.
Xatırladaq ki, Joze Mourinyu “Roma”da üçüncü mövsümə başlayıb. Onun əsas uğurları avrokubok yarışlarında olub. Belə ki, “Roma” 2022-ci ildə onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub, ötən mövsüm isə Avropa Liqasının finalına yüksəlib.
Mirağa