"Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbə bir neçə Avropa klubunun arzuladığı Dzanyolonun rəhbərliyə A Seriyasında qalmaq istədiyini çatdırdıb. Xəbərə görə, "canavarlar"ın lideri klub bossslarına İtaliyada "Milan" deyil, "Yuventus" variantının daha münasib saydığını deyib.
Xatırladaq ki, Dzanyolo bu il Joze Mourinyunun rəhbərliyi altında Konfrans Liqasının qalibi adını qazanıb. Finalda "Feyenoord"un qapısına vurulan yeganə qolun müəllifi də məhz Nikolo olub.
Nihat