İki İngiltərə böyük klubu - "Mançester Yunayted" və "Arsenal" "Roma"nın hücumçusu Temmi Abrahama elçi düşüb.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, təkliflərə rəğmən, "canavarlar"ın baş məşqçisi Joze Mourinyu komandanın ən yaxşı bombardirinin satılmasının əleyhinədir.
Temminin özünün də İtaliyada xöşbəxt olduğu və İngiltərəyə getmək istəmədiyi vurğulanıb.
Qeyd edək ki, Abraham ötən yay, 40 milyon avro qarşılığında "Çelsi"dən transfer olunub. Onun müqaviləsindəki xüsusi bəndə əsasən, "zadəganlar" 2023-cü ilin yayında 80 milyon avro ödəyərək futbolçunu geri qaytara bilər.
Nihat