"Roma"nın hücumçusu İngiltərə klublarının hədəfində

"Roma"nın hücumçusu İngiltərə klublarının hədəfində

"Roma"nın hücumçusu Temmi Abraham İtaliya klubunu tərk etməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb. 

Mənbənin məlumatına görə, o, yayda İngiltərə Premyer Liqasında peyda olacaq. Onunla "Tottenham" və "Aston Villa" maraqlanır. "Çelsi"nin də 80 milyon avro ödəyib hücumçunu geri almaq imkanı var.   Abraham 2021-ci ilin yayından “Roma”da çıxış edir. Bu mövsüm hücumçu 20 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər