"Roma"nın fransalı yarımmmüdafiəçisi Jordan Veretu klubunu dəyişmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə 29 yaşlı futbolçunun "Olimpik Marsel"ə keçməyə yaxın olduğunu vurğulayıb. Xəbərə görə, Veretu tibbi müayinədən keçmək üçün bu gün Fransaya yollanacaq və səhhəti ilə bağlı hər hansı problem çıxmasa, müddəti 2025-ci ilə qədər olan müqaviləyə imza atacaq. Transferin Marsel təmsilçisinə 11 milyon avroya başa gələcəyi, müqavilədə 4,5 milyon avro dəyərində müxtəlif bonusların nəzərdə tutulacağı bildirilib.
Nihat