"Roma"nın bazasında maraqlı hadisə qeydə alınıb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, klubun azarkeşi sevgilisi ilə sevimli komandalarının məşqini izləyiblər.
Ehtiyat oyunçular skamyasında əyləşən cütlük yanlarından keçən "canavarlar"ın baş məşqçi Joze Mourinyudann şəkil çəkdirməyi xahiş ediblər. Foto çəkdirdikdən sonra Mourinyu getmək istəsə də, fanat ondan qalmasını xahiş edib.
Daha sonra gənc oğlan Mourinyonun yanında sevgilisinə evlilik təklif edib və xanım da təklifi qəbul edib.
Emin