Roman Qriqorçukun yeni klubu bəlli oldu

Roman Qriqorçukun yeni klubu bəlli oldu
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni klubu bəlli olub. 
Sport7.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssis karyerasını Qazaxıstanda davam etdirəcək. 
O, Bakıdan vətəninə yox, birbaşa Astanaya uçacaq Qriqorçuk yerli "Astana" klubu ilə anlaşacaq. 
Bu gün klubla müqavilə bağlayacaq 53 yaşlı mütəxəssis ictimaiyyətə rəsmən təqdim olunacaq. 
Qeyd edək ki, 2015-ci ildən "Qəbələ"də çalışan Roman Qriqorçuk Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifədən istefa verib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər