"Komandamdan razı qaldım. Həm oyun, həm də nəticə ürəyimcə oldu. Futbolçularımız çox yaxşı çıxış etdilər. Keyfiyyətli oyun nümayiş etdirdik". Fanat.Az xəbər verir ki, bu sözlər "Kəpəz"lə oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis 6:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında ilk dövrədə yenildikləri oyunla və rəqiblə bağlı danışmaq istəməyib: "Rəqib barədə danışmağı xoşlamıram. Həmin vaxtdan bəri çox müddət keçib. Üzərimizdə çox işləmişik və bu gün bunun bəhrəsini görürük”.
Fanat.Az