Roman Qriqorçuk: "Futbolçularımız yaxşı məşq etdi"

Roman Qriqorçuk: "Futbolçularımız yaxşı məşq etdi"
"Bugünkü qarşılaşmada hər futbolçunun qarşısına daha güclü məşq etmək tapşırığı qoyulmuşdu. Yoxlama oyunu keçirmək imkanından elə istifadə etməliydik ki, bütün vacib məqamlar rəsmi matçdakına yaxın olsun. Futbolçularımız da yaxşı məşq etdi".
Fanat.Az xəıbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Keşlə" ilə qolsuz bərabərə qaldıqları yoxlama oyunundan sonra klubun saytına deyib.
O bildirib ki,  oyun, meydanda baş verənlərlə bağlı  xüsusi təhlil ediləsi məqam da yoxdur: "Prinsipcə, hər şey gözlənilən kimi oldu. Ən vacibi isə odur ki, faydalı oyun keçirdik. Müəyyən mənfi məqamlar da oldu. Futbolçuların göstərdiyimiz düzəlişləri tez etmələrini, bunları 2-3 dəfə təkrarlamamasını istəyirəm”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər