"Eşitdiyimə görə, Qriqorçuk "Astana"ya qayıdır".
Fanat.Az xəbər verir ki, bu sözləri Qazaxıstanın "Ordabası" klubunun ukraynalı yarımmüdafiəçisi Kiril Kovalçuk deyib.
Klubun rəsmi saytına müsahibə verən futbolçu 53 yaşlı mütəxəssisin yenidən ölkə çempionuna qayıdacağını bildirib. 2012-2014-cü illərdə Odessa "Çernomorets"ində həmyerlisinin başçılığı altında oynayan 32 yaşlı futbolçu onun dönüşünün "Astana"ya xeyir verəcəyini bildirib: "O, indiyə qədər işlədiyim ən yaxşı məşqçilərdən biridi. Ona görə də əminəm ki, Qriqorçukun qayıdışı bu komandaya ancaq xeyir verə və kömək edə bilər. Son illərdə qazandığı uğurlar da bunu sübut edir".
Qeyd edək ki, ötən mövsümün sonunda "Qəbələ”dən ayrılaraq "Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.
Fanat.Az