"Roma"dan 15 milyonluq transfer

"Roma"dan 15 milyonluq transfer

"Atalanta"nın yarımmüdafiəçisi Brian Kristante "Roma"ya keçib.

 

 

 

Fanat.Az xəbər verir ki, "canavarlar" futbolçunu rəsmən transfer ediblər.

 

24 yaşlı oyunçu mövsümün əvvəlində 5 milyon avro müqabilində icarə əsasında paytaxt klubuna yollanmışdı. Qısa müddətdə onun çıxışından məmnun qalan rəhbərlik futbolçunu birdəfəlik heyətə qatmaq qərarına gəlib. Bu üzdən "Roma" transfer üçün qarşı tərəfə tələb olunan 15 milyon avronu ödəyib. İtaliya millisinin üzvünün müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

 

Bu mövsüm A seriyasında 23 oyuna çıxan Kristante 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər