"Roma"da iranlı hücumçu - RƏSMİ

"Roma"da iranlı hücumçu - RƏSMİ

"Roma" "Bayer Leverkuzen" və İran yığmasının hücumçusu Sərdar Azmunu transfer etdiyini rəsmən açıqlayıb. Fanat.Az xəbər verir ki, o, satın almaq imkanı ilə bir illik icarə müqaviləsinə imza atıb. İtaliya KİV-inin məlumatına görə, 28 yaşlı oyunçunun icarəsi "Roma"ya 2 milyon avroya, geri alınması isə daha 10 milyon avroya başa gələcək. Azmun “Roma”da 17 nömrəli formada çıxış edəcək. "Roma"da iranlı hücumçu - RƏSMİ Sərdar Azmun 2022-ci ilin yanvarından "Bayer"ə keçib. O, ötən mövsüm Almaniya klubunun heyətində bütün turnirlərdə 33 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər