"Roma"da gözlənilməz ayrılıq yaşandı

"Roma"da gözlənilməz ayrılıq yaşandı

"Roma"da 2022-ci il sürpriz ayrılıqla başlayıb. 

Fanat.Az xəbər verir ki, İtaliya klubunda məşqçi dəyişikliyi gerçəkləşib. 

Joze Mourinyunu, hələ "Tottenhem" dövründən bəri birlikdə çalışdığı köməkçisi Joao Sakramento müşayiət etməyəcək. Sakramento sosial mediadakı vida paylaşımı ilə bu barədə məlumat verib. Portuqaliyalı gənc məşqçi "İnstagram" səhifəsində Mourinyuya təşəkkür edib: "Joze Mourinyu ilə birlikdə 2 illik təcrübəmi bitirirəm. Onunla çalışmaq məni qürurlandırırdı.  Sizinlə işləmək bir xəyal idi. Mən əbədi olaraq minnətdar olacağam, cənab, sizə ən yaxşısını arzulayıram!"

Mourinyo artıq yeni köməkçi məşqçisini müəyyənləşdirib. "Corriero dello Sport"un xəbərinə görə, 1988-ci il təvəllüdlü, “Venesiya” və “Sampdoriya”nın sabiq hücumçusu Salvator Foti baş məşqçinin yeni yardımçısı olacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər