“Roma” özbək futbolçunu icarəyə verdi

“Roma” özbək futbolçunu icarəyə verdi

“Roma”nın hücumçusu Eldor Şomurodov A Seriyasına yeni qayıdan “Kalyari”yə keçib.

Fanat.Az xəbər verir ki, 28 yaşlı özbək futbolçu Sardiniya təmsilçisinə 1 illik icarə əsasında, 9 milyon avro qarşılığında keçib.

Onun italiyalı mütəxəssis Klaudio Ranyerinin çalışdırdığı komandaya transferi gələn həftənin əvvəlində açıqlanacaq.

Şomurodov 2022/23 mövsümünün ikinci yarısında “Spetsiya”da icarə əsasında çıxış edib. O, ümumilikdə, ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər