"Roma" paytaxt derbisində qələbə qazandı - VİDEO

"Roma" paytaxt derbisində qələbə qazandı - VİDEO
İtaliya A Seriyasının XIII turu çərçivəsində "Roma" doğma meydanda "Latsio"nu qəbul edib. Fanat.Az xəbər verir ki, paytaxt derbisində "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi 2:1 hesablı qələbə qazanıb. 
"Roma"nın heyətində Dyeqo Perotti və Radya Naynqqolan fərqlənib. "Latsio"nun təsəlli qoluna isə Siro İmmobile imza atıb.
Qeyd edək ki, "Roma" 12 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qarabağ" bu komanda ilə dekabrın 5-də İtaliyada qarşılaşacaq. Bakıdakı ilk oyunda 2:1 hesablı qələbə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər