"Bursaspor"un gənc oyunçusu Taha Altıkardeşlə 3 klub maraqlanır.
Fanat.Az xəbər verir ki, "Haber Global"ın idman yazarı bu haqda məlumat yayıb.
"Bursaspor"un vitse-prezidenti Emin Adanur xəbəri təsdiqləyib. O, 18 yaşlı müdafiəçi ilə 2-si Avropadan olmaqla, 3 klubun maraqlandığını açıqlayıb: "Fənərbağça", İtaliyanın "Roma" və Almaniyanın "Frayburq" klubları oyunçumuzla maraqlanır. Rəsmi anlaşma yoxdur, lakin şifahi dialoqlar var".
U-19-un üzvünü izləmək üçün Joze Mourinyonun Türkiyəyə skaut göndərdiyi, "Roma" qış fasiləsində "Bursaspor"a 1,5 milyon avroluq təkliflə müraciət edəcəyi bildirilir. Mirağa