"Roma" MY-nin müdafiəçisini alır

"Roma" MY-nin müdafiəçisini alır
"Roma" Kris Smollinqin transfer hüquqlarına yiyələnmək üçün "Mançester Yunayted"lə danışıq aparır.
Fanat.Az xəbər verir ki, bunu informasiyalarının çoxu rəsmən təsdiqini tapan insayder - Nikolo Skira "Twitter" hesabında yazıb.
Bu yaxınlarda milyarder Den Fridkinə satılan İtaliya təmsilçisinin idarəçiləri 30 yaşlı oyunçunun transferini olduqca vacib sayırlar. İngiltərə klubuyla olan anlaşmasının müddəti 2022-ci ilin yayında bitəcək Smollinqin özü də icarə əsasında çıxış etdiyi "Roma"ya qayıtmağın əleyhinə deyil. Müdafiəçi daha çox oynaya bildiyi komandada çıxış etmək istəyir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər