"Roma" bu yay İtaliyanın “Torino” klubundan azad agent qismində ayrılan Andrea Belottini heyətinə qatdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu yeni klubu ilə 1+2 illik müqavilə bağlayıb.
İtaliya millisinin üzvü paytaxt klubunda 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Belotti 2015-ci ildən “Torino”da çıxış edirdi. O, Turin təmsilçisində 251 oyuna çıxaraq 113 qola imza atıb.