Roma metrosunda qəza: 30 rus azarkeş xəsarət aldı

Roma metrosunda qəza: 30 rus azarkeş xəsarət aldı

Romanın "Repubblica" metrostansiyasında eskalatorun sıradan çıxması nəticəsində 30 ÇSKA tərəfdarı xəsarət alıb.

 
Fanat.Az İtaliya və Rusiya mənbələrinə istinadən xəbər verir ki, Çempionlar Liqasının Roma - ÇSKA matçından öncə baş verən bədbəxt hadisədə ruslardan başqa da yaranananlar var.
Rusiya Federasiyasının İtaliyadakı səfirliyinin RİA "Novosti"yə verdiyi son açıqlamada belə deyilir: "Yaralanan otuz rus azarkeşdən yeddisini xərəkdə aparıblar. Onların vəziyyəti ağırdı. Beşi orta ağır durumdadırsa, yüngül yaralanan on səkkizi stansiyadan özü çıxa bilib".
Qeyd edək ki, bu gecə baş tutan "Roma" - ÇSKA oyunu meydan sahiblərinin 3:0 hesablı zəfəriylə bitib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər