"Roma" "Liverpul"la qarşılaşacağını bir gün öncədən bilirmiş - ŞOK FOTO

"Roma" "Liverpul"la qarşılaşacağını bir gün öncədən bilirmiş - ŞOK FOTO
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Sürpriz şəkildə "Barselona"nı mübarizədən kənarlaşdıran "Roma" "Liverpul"a, "Bavariya" isə turnirin son iki mövsümünün qalibi "Real"a qalib gəlib.
Fanat.Az xəbər verir ki, yarımfinal cütlükləri müəyyənləşəndən sonra yayılan bir iddia araı qarışdırıb. "Daily Mail" qəzetinin xəbərinə görə, "Roma" püşkatmadan bir gün mövsümlük oyunlara kart almış azarkeşlərinə xüsusi bir email göndərib. Bu emaildə azarkeşlərin "Liverpul"la oyun üçün bilet ala biləcəkləri link də olub. İddia olunur ki, "Roma" hətta ilk matçın harda keçiriləcəyini də doğru təxmin edib.
"Roma" "Liverpul"la qarşılaşacağını bir gün öncədən bilirmiş - ŞOK FOTO
Gələn emailin ekran görüntüsünün bir çox azarkeş tərəfindən sosial mediada paylaşılmasından sonra açıqlama yayan "Roma" bunun "texniki problem" olduğunu bildirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər