"Roma" İspaniya nəhənginin futbolçusunu bu qış alacaq

"Roma" İspaniya nəhənginin futbolçusunu bu qış alacaq

İtaliyanın "Roma" klubu bu qış yeni transfer etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, daha öncə 2023-cü ilin yayında "Barselona"nın müdafiəçisi Hektor Belyerini heyətə qatmağı planlaşdırdığı deyilən "canavarlar" bu keçidi gələn ay reallaşdırmaq istəyindədir.

Daha öncə baş məşqçi Joze Mourinyu komandanın niderlandlı müdafiəçisi Rik Karsdorpu "Sassulo" ilə matçda zəif oynadığına görə tənqid etmiş, onun özünə yeni iş yeri tapmalı olduğuna eyham vurmuşdu.

Xatırladaq ki, 27 yaşlı Belyerin "Barselona"nın öz yetirməsidir. 2011-ci ildə Kataloniya təmsilçisini təkr edən Hektor bu ilin yayında, azad agent statusu ilə geri qayıdıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər