"Roma" İPL-dən iki yarımmüdafiəçi ilə güclənir

"Roma" İPL-dən iki yarımmüdafiəçi ilə güclənir

"Roma" yarımmüdafiəsini İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu ilə gücləndirməyi qərarlaşdırıb.

Fanat.Az xəbər verir ki, bu barədə tanınan idman jurnalisti Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

"Roma"nın baş məşqçisi Joze Mourinyu yay transfer pəncərəsində “Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis və “Vulverhempton”dan Ruben Neveşi cəlb etməyə çalışır. 

24 yaşlı Luis ötən mövsüm “Aston Villa”nın heyətində 35 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 25 yaşlı Neveş isə "Vulverhempton"da 36 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər