"Roma" Fonseka ilə bağlı qərar verdi

"Roma" Fonseka ilə bağlı qərar verdi
"Roma" klubu baş məşqçisi Paulo Fonseka ilə yolları ayırır.
 
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, 48 yaşlı mütəxəssisi mövsümün sonunda postunu tərk edəcək. 
Qeyd edək ki, Fonseka 2019-cu ildən bu komandanı çalışdırır. "Roma" bu mövsüm onun baş məşqçiliyi altında A seriyasında 55 xal toplayıb və turnir cədvəlində 7-cidir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər