"Roma" fanatları ingilis hakimin ailəsinə hücum çəkdilər - VİDEO 

"Roma" fanatları ingilis hakimin ailəsinə hücum çəkdilər - VİDEO 

Avropa Liqasının final oyununun baş hakimi Entoni Teylor Budapeşt hava limanında “Roma” tərəfdarlarının hücumuna məruz qalıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Football Tweet" özünün sosial şəbəkə hesabında paylaşım edib.

İngiltərəli hakimin yanında ailə üzvləri də olub:  

Qeyd edək ki, "Sevilya" - "Roma" qarşılaşmasının əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" yenə bu turnirdə ən güclü olmağı bacarıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər